Prezident İlham Əliyev avqustun 1-də “Ucar rayonunun Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sənədin mətni dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 10,1 milyon manat ayrılır.
Avtomobil yolu 29 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirir.*
E.Şəfiyev