Prezident İlham Əliyev avqustun 3-də “Biləsuvar rayonunun Əliabad–Xırmandalı–Bəydili avtomobil yolununtikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 5,2 milyon manat ayrılır.
Avtomobil yolu on doqquz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir.*
X.Nəsirzadə