Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümünün oyunlarında VAR (videoköməkçi hakim) sistemi tətbiq olunacaq. Bu barədə AFFA-nın məlumatında deyilir.
“VAR sistemi avqustun 5-də start götürəcək Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümünün oyunlarında tətbiq olunacaq”, - deyə məlumatda bildirilir.
VAR-ın tətbiqini təsdiqləyən müvafiq sənəd FIFA tərəfindən milli assosiasiyaya göndərilib. FIFA 13-14 iyul və 22-24 iyul tarixlərində sistemin tətbiqinə hazırlığın qiymətləndirilməsini həyata keçirib.
Futbol üzrə Azərbaycan çempionatının yeni mövsümünə avqustun 5-də Bakıda keçiriləcək Kəpəz-Zirə oyunu ilə start veriləcək.*
R.Kərimov