Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Slovakiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Layçakın etimadnaməsini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
“Əliyev əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib, əvvəllər müzakirə edilən məsələlərin həyata keçiriləcəyinə ümidvar olduğunu deyib. İqtisadi əlaqələrə toxunan prezident bu sahədə əməkdaşlığın və qarşılıqlı ticarətin dərinləşdirilməsi, həmçinin Azərbaycan və Slovakiya şirkətlərinin ölkələrimizdə fəaliyyətinin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirib”, - deyə məlumatda qeyd olunur.
Dövlət başçısı, eyni zamanda, Slovakiya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində iştirakda marağını da qeyd edib.*