FIFA Azərbaycanda VAR sisteminin tətbiqi layihəsinə yarım milyon dollara yaxın vəsait ayırıb. Bu barədə federasiyanın məlumatında deyilir.
“FIFA VAR sistemi layihəsinə 497 min 173 ABŞ dolları məbləğində maliyyə töhfəsi verib”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümünün oyunlarında VAR sistemi tətbiq olunacaq.
AFFA-dan verilən məlumata görə, FIFA 13-14 iyul və 22-24 iyul tarixlərində sistemin tətbiqinə hazırlığın qiymətləndirilməsini həyata keçirib. VAR-ın tətbiqini təsdiqləyən müvafiq sənəd FIFA tərəfindən milli assosiasiyaya göndərilib.
Futbol üzrə Azərbaycan çempionatının yeni mövsümünə avqustun 5-də Bakıda Kəpəz-Zirə oyunu (1-2) ilə start verilib.*
R.Kərimov