06.08.2022 13:40

Əsədov işğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların tətbiqi ilə bağlı İşçi Qrupun yaradılması haqqında sərəncam imzalayıb

Baş nazir Əli Əsədov “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun yaradılması haqqında” sərəncam imzalayıb.

Sərəncamın mətni Nazirlər Kabinetinin saytında dərc olunub.

İşçi Qrupun rəhbəri energetika naziridir.

Sərəncama əsasən, Energetika Nazirliyinə İşçi Qrupun katibliyi funksiyasını yerinə yetirmək və rübdə 1 dəfədən az olmayaraq İşçi Qrupun görüşlərini təşkil etmək tapşırılıb.

Sərəncam imzalandığı gündən (avqustun 3-dən) qüvvəyə minib.*

R.Kərimov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.