07.08.2022 13:01

İranın hərbi gəmiləri Bakıya gəlib

İranın hərbi gəmiləri “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Bakıya gəlib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

“Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri avqustun 7-də Bakıya gəlib”, - deyə məlumatda bildirilir.*

R.Kərimov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.