“Azərsu” ASC Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işləri üçün podratçı seçib.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, bu içlərin icrası üçün “Maqro Construction MMC-nin Azərbaycan Respublikasındaki filialı və AKM Yapı Taahhüt Sanayti ve Ticaret Şirketi” Birgə Müəssisəsi seçilib.
Müqavilənin dəyəri – 49 milyon 476 min 59,86 manatdır.
Azərbaycan prezidenti İlham Əliyev 31 yanvar 2022-ci il tarixndə bəyan edib ki, Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin bərpası layihəsinin dəyəri 800 milyon manat həcmində qiymətləndirilir, indiyədək layihənin 42%-i icra olunub. Həmçinin, dövlət başçısı qeyd edib ki, bu layihənin icrasının sürətləndirilməsi məqsədilə əlavə tapşırıqlar verilib. **
R.Əhmədov