2022-ci ilin yanvar-iyul aylarında əsas kapitala 7301,7 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,1% çox vəsait yönəldilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15,5% azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,5% artıb.
İstifadə olunmuş vəsaitin 4492,6 milyon manatı və ya 61,5%-i məhsul istehsalı sahələrinə, 2355,5 milyon manatı (32,3%-i) xidmət sahələrinə, 453,6 milyon manatı (6,2%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Yanvar-iyul aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 873,9 milyon manatını və ya 25,7%-ni xarici, 5 milyard 427,8 milyon manatını və ya 74,3%-ni daxili vəsaitlər təşkil edib.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 5174,9 milyon manatı və ya 70,9%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
2021-ci ildə Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 8,2% azalıb.*
N.Abbasova