Bakı Cənubi Qafqaz regionunda möhkəm və davamlı sülhüm tərəfdarıdır, İrəvan isə öz növbəsində sülh müqaviləsi üzərində işçi qrupunun yaradılmasından yayınır. Bu barədə Azərbaycan XİN başçısı Ceyhun Bayramov bəyan edib.
“Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işə başlamağı təklif edərək anlayış və iradə nümayiş etdirib. Bakı açıq şəkildə bəyan edib ki, möhkəm və davamlı slhün tərəfdarıdır. Bir il ərzində Azərbaycanın bu çağırışı cavabsız qalıb”, - Bayramov Türkiyə mətbuatına müsahibəsində bildirib.
Nazir əlavə edib ki, 2022-ci ilin əvvəlində Azərbaycan sülh müqaviləsinin əsas prinsiplərini açıqlayıb və onları Ermənistana təqdim edib.
“Həmin bu prinsiplər beynəlxalq hüquqa əəsaslanır. Həmçinin, Ermənistan bəyan edib ki, onları qəbul edib, lakin biz görürük ki, onlar müxtəlif bəhanələrlə sülh müqaviləsi üzərində işləyəcək işçi qrupunun yaradılmasından yayınırlar. Biz öz öhdəliklərimizə hörmət edirik və qarşı tərəfdən də bunu gözləyirik”, - Bayramov vurğulayıb. **
N.Abbasova