Moldovanın Belts şəhər məhkəməsində öz həmvətənlərinə qarşı hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən iki Azərbaycan vətəndaşına hökm oxunub.
“İnterfaks-Azərbaycan” agentliyi Moldova mətbuatına istinadən məlumat verir ki, Mütəşəkkil Cinayət və Xüsusi mühüm işlər üzrə Prokuroluq Belts məhkəməsində iki Azərbaycan vətəndaşının günahlarını sübut edib. Həmin şəxslər 2021-ci ilin yayında Belts şəhərində yaşayan həmvətənlərindən 10 min avro məbləğində (cari məzənnə ilə 17,3 min manat - İF) pul tələb ediblər.
Prokurorların məlumatına görə, pul tələb edən şəxs İstintaqTəcridxanasında qətl və soyğunçuluğa görə saxlanılan 39 yaşlı azərbaycanlı məhbusdur.
2021-ci ilin iyul ayında o, Azərbaycanda doğma şəhərindən 34 yaşlı dostu ilə əlaqə saxlayaraq Beltsda azərbaycanlı stomatoloqdan müxtəlif təhdidlərlə 10 min avro məbləğində pul tələb etməyi tapşırıb.
“Şantajçı 60 yaşlı stomatoloq əməliyyatxanasını yandrmaq və ayağından güllə ilə yaralanmaqla təhdid edib. Şantajçıların tələb etdiyi məbləği dəmək üçün stomatoloq bank krediti üçün müraciət edib, lakin bankdan imtina edilib. Həkimin qızı təhdidlərlə əlaqədar aidiyyəti orqanlara müraciət edib”, - məlumatda deyilir.
Moldova polisi cinayət faktını sübuta yetirmək və şantajçıları məsuliyyətə cəlb etmək üçün diş həkiminə pulun bir hissəsini əvvəlcədən işarələyərək verib.
Ümumilikdə şantajçıya üç dəfəyə 60 min Moldova leyi məbləğində pul verilib (təxminən 5,3 min manat).
“Belts məhkəməsi hər iki Azərbaycan vətəndaşını 8 il azadlıqdan məhrum edib. Onlar həm də 100 min Moldova leyi məbləğində cərimə ödəməlidirlər (təxminən 8,8 min manat - İF) məcbur edib. Şübhəlilər hökm qanuni qüvvəyə minənədək həbsdədirlər, müvafiq olaraq o vaxta qədər günahsız sayılırlar. Onlar cəzalarını çəkdikdən sonra Moldovadan Azərbaycana deportasiya olunacaqlar”, - nəşrlər qeyd edirlər. **
E.Şəfiyev