Çərşənbə günü Kanadanın xarici işlər naziri Melani Joli Azərbaycanla əlaqələri möhkəmləndirmək cəhdi barədə bəyan edib.
“Biz bu mühüm günü qeyd edərkən gələcəkdə Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiq olduğumuzu bəyan edirik. Gələcək illərdə bu mühüm dostluğu möhkəmləndirərək daha dərin əlaqələr yaratmağı ümid edirik”, -nazirin Kanada ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə bağlı bəyanatında deyilir.
İki ölkə arasında diplomatik münasibətlər 10 avqust 1992-ci ildə qurulub. **
R.Kərimov