2022-ci ilin I yarısında beynəlxalq avtomobil daşımalarında iştirak edən Azərbaycan daşıyıcılarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə artaraq 204-ə çatıb.
“İnterfaks-Azərbaycan” agentliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin məlumatına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun aylarında beynəlxalq avtomobil daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sayı 7208-ə yüksəlib (artım 2.7 dəfə).
Azərbaycan daşıyıcıları I yarımillikdə 12726 ədəd 3-cü ölkə daşımaları (xarici ölkədən digər xarici ölkəyə) həyata keçirib ki, bu da 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 54.4% artım deməkdir.
“2021-ci il iyunun sonuna beynəlxalq avtomobil daşımaları bazarında Azərbaycan daşıyıcılarının payı 39.5% idisə, 2022-ci ilin müvafiq dövründə bu rəqəm 47% təşkil edir”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə