11.08.2022 16:45

Azərbaycanda COVID-19-a 488 yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus infeksiyasına 488 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 803,645 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.

Ötən gün 534 yoluxma faktı qeydə alınmışdı.

Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb (ötən gün 6 nəfər vəfat edib). Ölənlərin ümumi sayı 3192 nəfər təşkil edir.

Virusa yoluxmuş 790,685 min nəfər (sutka ərzində +492) müalicə olunaraq sağalıb.

Aktiv xəstə sayı 3192 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4076 (ötən gün 4587 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 84,848 min test aparılıb.*

E.Şəfiyev


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.