11.08.2022 18:46

MN: Xocavənd rayonunda Ermənistan silahlı qüvvələrinə məxsus “Mİ-8” helikopterinin qalıqları aşkar edilib

Bu gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan silahlı qüvvələrinə məxsus “Mİ-8” helikopterinin qalıqları aşkar edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

“Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan silahlı qüvvələrinə məxsus “Mİ-8” helikopteridir”, - deyə məlumatda bildirilir.*

X.Nəsirzadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.