13.08.2022 12:18

Həsənov Laçın dəhlizi ilə əlaqədar məsələləri həll etməyi tapşırıb

Şənbə günü Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov xidməti müşavirə zamanı Laçın dəhlizindən istifadə üçün yeni çəkilən yolun istismara verilməsindən irəli gələn məsələlərin həlli ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.

Nazirlikdən qeyd olunub ki, müşavirədə Azərbaycan Ordusunun bölmələri tərəfindən avqustun 3-də keçirilən “Qisas” cavab əməliyyatı təhlil edilib.

Həsənov Azərbaycan-Ermənistan dövlət sərhədindəki, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki mövcud əməliyyat şəraiti ilə bağlı göstərişlər verib.

Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri iştirak ediblər. Müşavirəyə həmçinin videobağlantı vasitəsilə azad edilən ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri cəlb olunub. **

R.Kərimov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.