13.08.2022 15:35

MN: Qarabağda qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter ələ keçirilib

Şənbə günü Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ regionunda Şuşa şəhəri ətrafında kəşfiyyat məqsədli uçuşlar həyata keçirən qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopterin ələ keçirilməsi barədə məlumat verib.

“Avqustun 13-ü saat 10:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrokopter Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib”, - nazirliyin məlumatında deyilir.

Müdafiə Nazirliyindən bildirilib ki, “bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib”. **

R.Kərimov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.