Azərbaycanda koronavirus infeksiyasına 420 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 804 min 585-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 520 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 773nəfərə çatıb.
Virusa yoluxmuş 791 min 656 nəfər (sutka ərzində +453) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3 min 156 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 303 (ötən gün 3 min 446 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 91 min 597 test aparılıb.**
R.Kərimov