15.08.2022 12:35

7 ay ərzində Azərbaycan əhalisinin nominal pul gəlirləri 20% artıb

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 38 milyard 797,2 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 20% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda orta illik inflyasiya 13% təşkil edib.

Statistik məlumatlara görə, bu dövrdə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 19,5% - 3 min 859 manatadək artıb.

Yanvar-iyul aylarında bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 34 milyard 568,7 milyon manat qalır ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 20,2% çoxdur.*

X.Nəsirzadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.