2022-ci ilin yanvar-iyun aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 11 milyard 364 milyon 844,7 min kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 9,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə qaz ixracından $7 milyard 440 milyon 434,54 min məbləğində gəlir (artım 4,7 dəfə) əldə edilib. Azərbaycandan ümumi ixracın 40,26%-i qaz ixracının payına düşüb.
2022-ci ilin yanvar-iyun aylarında ixracın əsas həcmi - $5 milyard 306 milyon 823,16 min məbləğində 4 milyard 533 milyon 297,93 min kubmetr qaz (bütün ixracın 39,9%-i) İtaliyanın payına düşüb.
2022-ci ilin yanvar-iyun aylarında ölkələr üzrə qaz ixracının strukturu aşağıdakı kimidir:
Ölkə |
Həcm, min kubmetr |
2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə |
Gəlir, min dollar |
2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə |
Türkiyə |
4 278 484,1 |
- 32% |
1 264 514,24 |
+43,6% |
Gürcüstan |
1 809 604,24 |
- 9,1% |
244 271,88 |
- 3,4% |
İtaliya |
4 533 297,93 |
+ 2,8 dəfə |
5 306 823,16 |
+14,6 dəfə |
Bolqarıstan |
152 702,98 |
+27,7% |
41 370,39 |
+2,5 dəfə |
Yunanıstan |
463 397,07 |
+ 1,7 dəfə |
578 620,84 |
+8,4 dəfə |
İran |
127 358,39 |
+51,5% |
4 834,03 |
+51,5% |
Cəmi |
11 364 844,7 |
+9,5% |
7 440 434,54 |
+4,7 dəfə |
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin sonuncu komponentidir.
Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Avropaya nəqli üçün nəzərdə tutulub. Kəmərin ötürücülük qabiliyyəti onun gücünü iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib, 2022-ci ildə bu həcm 12 milyard kubmetr təşkil edəcək. 2022-ci ildə 24 milyard kubmetr (2021-ci ildə 22 milyard kubmetr) Azərbaycan qazı ixrac ediləcək.
Bundan başqa, Azərbaycan qazı Türkiyə (TANAP və Cənubi Qafqaz boru kəməri (CQBK) ilə) və Gürcüstana da (CQBK və Qazıməmməd-Qazax qaz kəməri ilə) ixrac edilir.*
N.Abbasova