16.08.2022 18:25

Bakı və Belqrad turizm sahəsində birgə fəaliyyət planının işlənib hazırlanmasını müzakirə edib

Avqustun 16-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavlyeviç ilə görüşüb.

“Tərəflər postpandemiya dövründə turizmin bərpası, turizm əlaqələrinin genişləndirilməsi və əməkdaşlıq perspektivlərini, eləcə də təcrübə mübadiləsi məsələlərini müzakirə ediblər”, - deyə agentliyin məlumatında bildirilir.

F.Nağıyev bu ilin əvvəlindən turizm sənayesinin bərpası fonunda turizm gəlmə statistikasında əsaslı artımın olmasını və yanvar-iyul aylarında ölkəyə gələn xarici vətəndaşların sayında ötən illə müqayisədə 128% artım olduğunu qeyd edib.

“Görüş çərçivəsində pandemiyadan sonra hər iki ölkədə turizm sənayesinin bərpası istiqamətində görülən tədbirlər və turizm sahəsində birgə fəaliyyət planının işlənib hazırlanması üzrə fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.