17.08.2022 16:54

Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı artıb

Azərbaycanda koronavirus infeksiyasına 710 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 806 min 472-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.

Ötən gün 549 yoluxma faktı qeydə alınmışdı.

Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 777 nəfər təşkil edir.

Virusa yoluxmuş 793 min 268 nəfər (sutka ərzində +503) müalicə olunaraq sağalıb.

Aktiv xəstə sayı 3 min 427 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 852 (ötən gün 4 min 372 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 106 min 376 test aparılıb.*

X.Nəsirzadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.