18.08.2022 13:13

Azərbaycan bankları bu gün valyuta hərracında $30,3 milyon cəlb edib

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $30,3 milyon satıb.

Avqustun 16-da keçirilən hərracda banklara $41,4 milyon məbləğində xarici valyuta satılmışdı.

“Hərracda tələb $30,3 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.

AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.

Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.

ARDNF 2022-ci ilin yanvar-iyul aylarında valyuta hərraclarında $2 milyard 951,5 milyon (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma 8,6%) satıb.

2021-ci ildə ARDNF valyuta hərraclarında $6 milyard 679 milyon məbləğində vəsait (2020-ci ilin göstəricisi ilə müqayisədə azalma 8,6%) satıb.*

X.Nəsirzadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.