18.08.2022 16:08

Sentyabrdan dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və təhsilverənlərinin vəzifə maaşlarına əlavələr ediləcək

Prezident İlham Əliyev avqustun 18-də “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələrin müəyyən edilməsi haqqında” fərman imzalayıb.

Fərmana əsasən, 2022-ci il sentyabrın 1-dən dövlət ümumi təhsil müəssisələrinin aşağıdakı rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən edilir:

1.1. direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə);

1.2. təhsilverənlərin (sertifikatlaşdırmanın nəticəsinə görə).

Nazirlər Kabinetinə nəzərdə tutulan əlavələrin məbləğlərini 2022-ci il sentyabrın 1-dək təsdiq etmək tapşırılıb.

Fərmanın mətni dövlət başçısının saytında dərc olunub.*

X.Nəsirzadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.