Şuşa DOST filialının layihələndirmə işləri artıq tamamlanır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.
Nazirliyin saytında dərc olunmuş məlumatda qeyd olunur ki, “Şərqi Zəngəzur və Qarabağ DOST proqramı”nın artıq icrasına başlanılıb. Zəngilanın Ağalı kəndində bu ilin may ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ilk “Smart DOST” xidmət məntəqəsi açılıb.
İşğaldan azad edilmiş ərazilərimiz həmin proqram üzrə DOST xidmətləri ilə tam əhatə olunacaq.*
R.Kərimov