Azərbaycan Dövlət Gömrük Komitəsi, İran İslam Respublikası Gömrük Adminstrasiyası və Rusiya Federal Gömrük Xidməti arasında “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, İran İslam Respublikası Gömrük Adminstrasiyası və Rusiya Federasiyasının Federal Gömrük Xidməti arasında Tranzitin Asanlaşdırılması üzrə Anlaşma Memorandumu” imzalanıb.
DGK-nin məlumatına görə, sənəd avqustun 22-də Tehran şəhərində keçirilən üçtərəfli görüşün yekunlarına dair imzalanıb. Bu, üçtətəfli formatda keçirilən ilk görüş idi.
Üçtərəfli sənəddə Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarının genişlənməsi nəzərdə tutulur. Həmçinin, sənəd İran-Azərbaycan-Rusiya marşrutu üzrə dəmiryolu vasitəsilə daşınan yüklər də daxil,sərhəd-keçid məntəqələrində gömrük tranziti əməliyyatlarının asanlaşdırılmasına xidmət edir.
Memoranduma əsasən, tərəflər əvvəlcədən aparılan ilkin məlumatların elektron mübadiləsi hesabına gömrük prosedurları asanlaşdırmağı planlaşdırırlar.
Memorandum çərçivəsində bu işləri koordinasiya edəcək üç ölkənin gömrük orqanlarının yüksək səviyyəli nümayəndələrinin daxil olacağı komitənin yaradılması nəzərdə tutulub. **
R. Əhmədov