24.08.2022 16:40

Tokayev: Qazaxıstan şirkətləri Azərbaycana $300 milyon dəyərində ASK məhsullarının tədarükünü artırmağa hazırdılar

Nur-Sultan Azərbaycanla ASK və nəqliyyat-logistika sahələrində əməkdaşlığın genişlənməsində maraqlıdır. Bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bəyan edib.

“Kənd təsərrüfatı sahəsini xüsusi qeyd etmək istərdim. Burada biz bir-birimizi qarşılıqlı tamamlayırıq. Bilirsiniz ki, Qazaxıstanın taxıl, buğda, kənd təsərrüfatı məhsullarının digər növlərini tədarük etmək imkanı var. Eyni zamanda, bizdə Azərbaycandan kənd təsərrüfatı məhsullarını, yəni, meyvə-tərəvəz məhsullarını idxal etməyə ehtiyac var”, - Tokayev çərşənbə günü Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə danışıqların yekunlarına dair mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

“İnterfaks-Azərbaycan” məlumat verir ki, onun sözlərinə görə, bir sıra qazaxıstanlı istehsalçılar Azərbaycana 100 adda, 300 milyon dollardan artıq məbləğdə mal tədarükünü artırmağa hazırdırlar.Bununla əlaqədar Tokayev nəqliyyat-logistika əməkdaşlığının inkişafının zəruriliyini görür.

“Bu gün biz dövlətlərimiz arasında qarşılıqlı münasibətlərin və əməkdaşlığın nəqliyyat-logistika sahəsinin inkişafı barədə çox ətraflı söhbət etdik. Demək olar ki, müfəssəl danışıq, hökumətlərimizə müvafiq tapşırıqlar verdik. Əsla şübhə yoxdur ki, bu istiqamətdə konkret nəticələr əldə ediləcək. Hər halda Qazaxıstan tərəfindən əməkdaşlığın bu növünün inkişafına mütləq mənada maraq var”, - Tokayev əlavə edib. **

X.Nəsirzadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.