24.08.2022 19:47

Əliyev: Azərbaycan və Qazaxıstan təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərdir

Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, Qazaxıstanla strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə Bakı ilə Nur-Sultan arasında müttəfiqlik münasibətlərinə dəlalət edir.

“Əlbəttə, həmin sənədlər içərisindəQazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında indicə imzalanmış Bəyannaməni xüsusi qeyd etmək istərdim. Bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. Biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq”, - Əliyev bu gün Bakıda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatlarla çıxışında bildirib.

Əliyev əlavə edib ki, “Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək”.

Xəbər verildiyi kimi, Əliyev və Tokayev çərşənbə günü Bakıda keçirilən danışıqların yekunlarına dair müvafiq sənədi imzalayıblar. **

R.Kərimov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.