Çərşənbə günü SOCAR ilə Qazaxıstanın “QazaqGaz” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə SOCAR-dan məlumat verilib.
Qeyd olunub ki, sənəd Qazaxıstanda karbohidrogen yataqlarının kəşfiyyatı və işlənməsini, qaz-kimya sahəsinin inkişafını, qazın nəqlinin modernləşdirilməsini, bu sektorda innovativ texnologiyaların tətbiqini və digər önəmli istiqamətlər üzrə əməkdaşlıq imkanlarının araşdırılmasını nəzərdə tutur.
Şirkətdən bildirilir ki, Memorandum SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə “QazaqGaz” Dövlət Şirkəti Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Sanzhar Jarkeşovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı imzalanıb.
SOCAR-dan məlumat verilir ki, söhbət zamanı SOCAR ilə “QazaqGaz” arasında əməkdaşlığın inkişaf perspektivlərinə, nəzərdə tutulan layihələrin icrasını həyata keçirmək məqsədilə işçi qruplarının yaradılmasına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb. **
R.Kərimov