Şənbə günü İran sərhədi yaxnlığında Azərbaycan ərazisində 3,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Seysmoloqların operativ məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 14:28-də Lerik rayonu ərazisində qeydə alınıb.
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə,yerli vaxtla saat 14:28-də Yardımlı stansiyasından 25 km cənub-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb”, - məlumatda deyilir.
Zəlzələnin dərinliyi 13 kilometr təşkil edib.
Seysmoloqlar sakinlərin zəlzələni hiss etmədiklərini qeyd edirlər. **
R.Kərimov