Ermənistanın baş naziri Nikol Paşinyan ümid edir ki, avqustun 31-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev vəAvropa İttifaqı Şurası prezidenti Şarl Mişelilə keçiriləcək danışıqlar uğurlu olacaq.
“Bu gün Ermənistanın baş naziri ilə Aİ Şurasının prezidenti arasında telefon danışığı baş tutub. Tərəflər avqustun 31-də Brüsseldə keçiriləcək üçtərəfli görüşə toxunublar”, - Ermənistan hökumətinin mətbuat xidməti məlumat verir.
Qeyd olunur ki, Paşinyan və Mişel “dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar və danışıqların uğurlu olacağına ümid ifadə ediblər”. **