Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan və Bakı Qarabağla bağlı intensiv danışıqlar aparır.
“Biz nəinki Ermənistan Respblikasının strateji müttəfiqi, həm də Azərbaycanın çox yaxın tərəfdaşı olan RF-nin dəstəyinə ümid edirik. Bu, həmçinin Azərbaycan üçün imkanlar açır”, - Paşinyan Şərq İqtisadi Forumun plenar iclasında bildirib.
O əlavə edib ki, Ermənistan Rusiyanın dəstəyi ilə Türkiyə ilə münasibətlər qurmağa cəhd edir. “Bizim Türkiyə ilə söhbətimiz artıq başlanıb. Rusiyanın dəstəyi ilə Türkiyə ilə münasibətlər qurmağa ümid edirik”, - Paşinyan deyib. **