07.09.2022 12:15

«FINOKO BOKT» nizamnamə kapitalını artırmağı planlaşdırır

7 oktyabr 2022-ci il tarixində «FINOKO BOKT» bank olmayan kredit təşkilatının səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“İclasda yeni səhmlərin buraxılması yolu ilə nizamnamə kapitalının artırılması məsələsinin müzakirəsi planlaşdırılır”, - “İntterfaks-Azərbaycan”a təşkilatdan bildiriblər.

1 sentyabr 2022-ci il tarixinə BOKT-un nizamnamə kapitalı 4,855 milyon manat, məcmu kapitalı – 8 milyom 10,23 min manat təşkil edir.

«FINOKO BOKT» ASC 2014-cü ilin sentyabr ayında fəaliyyət lisenziyası əldə edib. Təşkilatın səhmdarları iki fiziki şəxsdir. **

R.Əhmədov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.