07.09.2022 17:39

Azərbaycan və İspaniyanın diplomatik akademiyaları arasında əməkdaşlıq qurulur

Azərbaycan və İspaniyanın Xarici İşlər nazirlikləri hər iki ölkənin diplomatik akademiyaları arasında Anlaşma Memorandumu imzalayıb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İspaniyanın xarici işlər, Aİ ilə Əməkdaşlıq məslələri üzrə naziri Xose Manuel Albares ADA Universiteti və İspaniyanın Xarici İşlər və Aİ ilə Əməkdaşlıq üzrə Nazirliyinin Diplomatiya Məktəbi arasında Anlaşma Memorandumu imzalayıblar”, - XİN-in Twitter hesablnda qeyd olunur.

“Memorandum təhsil və bilik mübadiləsi sahəsində əməkdaşlığa təkan verəcək”, - nazirlikdən qeyd ediblər. **

E.Şəfiyev


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.