Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarında olub və idarə heyəti ilə xidməti müşavirə keçirib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Baş Qərargah rəisi Quru Qoşunlarının idarə heyəti ilə xidməti müşavirə keçirib”, - məlumatda deyilir.
Qeyd olunur ki, müşavirədə Quru Qoşunlarında görülən işlərin təhlili aparılıb.
Vəliyev müdafiə nazirinin göstərişlərini aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırıb. **
R.Kərimov