2022-ci ilin yanvar-avqust aylarında Dövlət Vergi Xidməti tərəfindən dövlət büdcəsinə vergi və rüsum yığımı 67,8% - 9 milyard 787,4 milyon manata dək artıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“Dövlət büdcəsinə vergi daxilolmalarında növbəti dəfə yüksək göstəricilər əldə olunub və 2022-ci il yanvar-avqust aylarında dövlət büdcəsinə 9 milyard 787,4 milyon manat vəsait köçürülüb. Bu vəsaitin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 milyard 954,2 milyon manat və ya 67,8% çoxdur”, - Cabbarov Facebook səhifəsində yazıb.
2022-ci ildə DVX xətti ilə dövlət büdcəsinə daxilolmalar 11 milyard 740 milyon manat səviyyəsində nəzərdə tutulur. **
X.Nəsirzadə