Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan ABŞ dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerlə görüşüb. Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Görüş zamanı bölgədə və Gürcüstanın münaqişə rayonlarında mövcud vəziyyət müzakirə olunub. münaqişələrin sülh yolu ilə həllinin və bu baxımdan Cenevrə müzakirələrinin davam etdirilməsinin vacibliyi qeyd olunub”, - deyə məlumatda bildirilir.
ABŞ nümayəndəsi Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təşkil edilməsində Gürcüstan baş nazirinin müsbət vasitəçi rolunu qeyd edib.*