Prezident İlham Əliyev III Çarlzı Böyük Britaniya və Şimali İrlandiyanın Kralı kimi taxta çıxması münasibətilə təbrik edib.
“Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimizi birləşdirən ənənəvi dostluq əlaqələri, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək”, - deyə təbrikdə bildirilir.*