Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Bakı Qarabağı Azərbaycanın daxili işi hesab edir.
“Brüsseldə (Ermənistanın baş naziri, Azərbaycan prezidenti və Aİ Şurasının prezidentinin görüşü zamanı - İF) keçirilən görüşdə məlum oldu ki, Azərbaycan bizim təqdim etdiyimiz prinsiplər əsasında danışıqlardan imtina edir. Onlar Qarabağ məsələsini Ermənistanla müzakirə etmək istəmirlər, çünki, onların mövqeyinə əsasən, bu Azərbaycanın daxili məsələsidir”, - Paşinyan bu gün Ermənistan parlamentdində bildirib.
Onun sözlərinə görə, Bakı gözləyir ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanısın. **