Fransa Azərbaycan-Ermənistan sərhədində vəziyyətin müzakirəsi məqsədilə BMT Təhülkəsizlik Şurasının iclasını çağıracaq. Bu barədə Yelisey Sarayından məlumat verilir.
“Fransa hazırda sədrlik etdiyi BMT Təhlükəsizlik Şurasında vəziyyətimüzakirəyə çıxaracaq”, - Fransa prezidentinin dəftərxanasından məlumat verilir.
Qeyd olunur ki, prezident Emmanuel Makronun Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışıqlarından sonra Fransa tərəfi bu bəyanatla çıxış edib.
Yelisey Sarayının məlumatına görə, Fransa lideri həmçinin Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlara hazır olduğunu qeyd edib. **