14.09.2022 20:14

Ərdoğan Ermənistanı əldə olunmuş razılaşmaları icra etməməkdə ittiham edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün bəyan edib ki, Ermənistan əldə olunmuş razılaşmaları yerinə yetirmir. Bu barədə "Anadolu" agentliyi xəbər verib.

“Ermənistan razılaşmaları yerinə yetirmir. İrəvan bu səhv yoldan dönməlidir”, - deyə Ərdoğan bildirib.

O əlavə edib ki, Türkiyə Azərbaycana dəstəyini davam etdirəcək.*


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.