BMT Təhlükəsizlik Şurasının üzvləri bu gün keçirilən iclasda yekdilliklə Bakı ilə İrəvan arasında tezliklə atəşkəs əldə olunmasının tərəfdarı olduqlarını bildiriblər. Bu barədə jurnalistlərə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya məlumat verib.
“Hamı yekdilliklə tezliklə atəşkəsin əldə olunmasının və vəziyyətin siyasi-diplomatik vasitələrlə nizamlanmasının tərəfdarı olduğunu bildirib”, - deyə o qeyd edib.
Daimi nümayəndə vurğulayıb ki, Rusiya BMT Təhlükəsizlik Şurasının mətbuat üçün hazırladığı sənədə RF, Ermənistan və Azərbaycan liderlərinin 2020 və 2021-ci il tarixli üçtərəfli bəyanatlarına istinadın daxil edilməsində israrlıdır.
“Biz Rusiyanın həm ayrı-ayrılıqda, həm də KTMT vasitəsilə vəziyyəti normallaşdırmaq, atəşkəsə nail olmaq üçün göstərdiyi səylərdən, Kollektiv Təhlükəsizlik Şurasının iclasından sonra KTMT-nin göstərəcəyi səylərdən danışdıq”, - deyə Nebenzya qeyd edib.*