Maliyyə Nazirliyi 2023-cü il dövlət büdcəsinin kəsirini 2 milyard 579,3 milyon manat və ya ÜDM-in 2,4% səviyyəsində proqnozlaşdırır.
Cümə axşamı Maliyyə Nazirliyi 2023-cü il dövlət büdcəsinin layihəsini Nazirlər Kabinetinə təqdim edib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, nazirliyin saytında dərc olunan proqnoza əsasən, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 30 milyard 720,7 milyon manat (2022-ci ilin göstəricisindən +5,2%), xərcləri – 33 milyon 300 min manat (+3,1%) səviyyəsində proqnozlaşdırılır.
2023-cü ildə dövlət büdcəsinin gəlirlərinin 53%-ni (16 milyard 297 milyon manat) neft sektorunun, 47%-ni (14 milyard 423,7 milyon manat) qeyri-neft sektorunun hesabına təmin etmək planlaşdırılır. 2022-ci ildə bu nisbət müvafiq olaraq 53,2% və 46,8% təşkil edir.
Ümumilikdə, 2023-cü ildə dövlət büdcəsinin neft gəlirləri 2022-ci ilin göstəricisi ilə müqayisədə 4,9% artacaq.
2023-cü ildə vergi orqanları üçün vergi yığımı üzrə plan 13 milyard 402 milyon manat (+14,2%), gömrük orqanları üçün – 4 milyard 750 milyon manat (+3,1%) səviyyəsində müəyyn edilib.
Gələn il ARDNF-dən transfertlər 11 milyard 280 milyon manat səviyyəsində proqnozlaşdırılır, qalan gəlirlər digər mənbələrdən təmin olunacaq.
2023-cü ildə xərclər strukturunda 5 milyard 320,1 milyon manat müdafiə və milli təhlükəsizlik (+4,6%), 4 milyard 403,8 milyon manat təhsil (+ 13,3%), 4 milyard 411,8 milyon manat sosial müdafiə (+ 18,3%), 6 milyard 884,9 milyon manat digər məqsədlərə (-2,6%) yönəldiləcək.
2023-cü ildə xərclər strukturunda 5 milyard 320,1 milyon manat müdafiə və milli təhlükəsizlik (+4,6%), 4 milyard 403,8 milyon manat təhsil (+ 13,3%), 4 milyard 411.8 milyon manat sosial müdafiə (+ 18,3%), 6 milyard 884,9 milyon manat iqtisadi fəaliyyətin təminatı (-2,6), qalanı digər məqsədlərə yönəldiləcək.
2022-ci ildə dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 29 milyard 197,8 milyon manat, xərclər üzrə - 32 milyard 303,8 milyon manat t.kil edir. 2022-ci ildə dövlət büdcəsinin kəsiri 3 milyard 106 milyon manat və ya ÜDM-in 2,7% səviyyəsində proqnozlaşdırılır. **
A.Əzizov