2022-ci ilin yanvar-avqust aylarında Azərbaycana $657 milyon 980,24 min dəyərində (artım 15,1%) 49245 ədəd avtomobil nəqliyyatı vasitəsi (azalma 12,6%) idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $521 milyon 616,77 min dəyərində (artım 6,4%) 45519 ədəd avtomobil (azalma 13,3%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $9 milyon 60,58 min dəyərində 267 ədəd elektrokar və $91 milyon 933,77 min dəyərində 8 min 210 ədəd hibrid avtomobil gətirilib.
Bundan başqa, ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $66 milyon 304,15 min dəyərində (artım 18,8%) 3202 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 12,9%), o cümlədən $24 milyon 316,94 min dəyərində (artım 2,7 dəfə) 195 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 2,6 dəfə) gətirilib.
Hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $45 milyon 742,38 min dəyərində (artım 2,7 dəfə) 329 ədəd motorlu nəqliyyat vasitəsi (artım 2,7 dəfə) gətirilib.
2021-ci ildə Azərbaycana $935 milyon 225,33 min dəyərində 91,194 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.*
X.Nəsirzadə