17.09.2022 14:46

Əliyev və Mişel regionda sülhün təmin olunması və gərginliyin aradan qaldırılması ilə bağlı məsələləri müzakirə ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu gün telefon danışığı zamanı regionda davamlı sülhün təmin olunması, gərginliyin aradan qaldırılması və əldə olunmuş atəşkəs razılaşmasının təmin edilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

“Telefon söhbəti zamanı regionda davamlı sülhün təmin olunması, gərginliyin aradan qaldırılması, əldə olunmuş atəşkəs razılaşmasının təmin edilməsi və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi ilə bağlı fikir mübadiləsi aparılıb”, - deyə Azərbaycan liderinin mətbuat xidmətindən bildirilib.

Telefon danışığı Şarl Mişelin təşəbbüsü ilə baş tutub.*

R.Kərimov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.