“Rossiya” aviaşirkəti ("Aeroflot" qrupuna daxildir) oktyabrın 31-dən etibarən Soçi-Bakı marşrutu üzrə və əks istiqamətdə gündəlik reyslərin həyata keçirilməsinə başlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Soçi aeroportunun mətbuat xidmətinə istinadən xəbər verir.
“Soçidən Bakıya reyslər “Rossiya” aviaşirkəti tərəfindən 31 oktyabrdan etibarən hər gün təşkil olunacaq. Uçuşlar Rusiya istehsalı olan “Superjet 100” təyyarələri ilə həyata keçiriləcək”, - deyə məlumatda bildirilir.*