20.09.2022 15:06

Daşkəsəndə avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması məqsədilə AAYDA-ya 9,5 milyon manat ayrılıb

Prezident İlham Əliyev sentyabrın 20-də “Daşkəsən rayonunun Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.

Sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması məqsədilə 2022-ci il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,5 milyon manat ayrılır.*

R.Kərimov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.