İran prezidenti İbrahim Rəisi Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə bəyan edib ki, Ermənistanın təhlükəsizliyi Tehran üçün vacibdir. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Rəisi qeyd edib ki, İran hadisələrin inkişafını diqqətlə izləyir və regiondakı bütün problemlər yalnız sülh yolu ilə həll edilməlidir.
“İran prezidentinin sözlərinə görə, Tehranın dövlətlərin ərazi bütövlüyü və regionda sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi ilə bağlı mövqeyi çox aydındır və İranın Ermənistanla əlaqəsi təhlükə altına düşməməlidir. O, ölkəsinin regionda sülhün bərqərar olmasına dəstək verməyə hazır olduğunu vurğulayaraq, Ermənistanın təhlükəsizliyi məsələsinin İran üçün vacib olduğunu bildirib”, - deyə məlumatda qeyd olunur.*