26.09.2022 12:17

Əliyev Volodinlə Azərbaycan və Rusiya parlamentləri arasında dialoqun inkişafını müzakirə edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə parlamentlərarası dialoqun inkişaf etdirilməsi məsələsi müzakirə olunub.

“Biz hər iki ölkə üçün strateji önəm kəsb edən məsələlərin həlli yollarını təklif etmək üçün yeni formatlar axtaracağıq”, - deyə Volodin görüşdə bildirib.

O vurğulayıb ki, Dövlət Duması və Milli Məclis Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin həyata keçirilməsinin qanunvericilik təminatı üzərində işləməlidir.

Prezident İlham Əliyev RF ilə parlamentlərarası, o cümlədən beynəlxalq strukturlar çərçivəsində əlaqələrin davam edəcəyinə ümidvar olduğunu bildirib.

Volodin RF Prezidenti Vladimir Putinin salamlarını və ən xoş arzularını Əliyevə çatdırıb. Görüş Dövlət Dumasının sədrinin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub.*


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.