Azərbaycan və Fransa İlham Əliyev və Emmanuel Makron telefon danışığı zamanı Bakı ilə İrəvan arasında sülh danışıqlarının tezliklə başlanmasını müzakirə ediblər.
Azərbaycanın dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, çərşənbə axşamı Fransa prezidenti Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Fransa prezidenti sentyabrın 26-da Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüş haqqında Əliyevə məlumat verib.
“Prezident İlham Əliyev məlumata görə təşəkkürünü bildirib. Söhbət zamanı Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar haqqında müzakirə aparılıb. Prezidentlər Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının tezliklə başlanması barədə danışıblar”, - məlumatda deyilir. **
B.Rüstəmbəyov